Tərkibi:
Pendir- 300 q
Un-1 x.q
Yumurta-3 dədə
Suxari
Qoz
Duru yağ
Hazırlanması:
İlk öncə bizə bərk pendir lazımdır. Pendiri şəkildə gördüyünüz kimi kəsirik. Yumurtanın üzərinə un əlavə edib yaxşıca qarışdırırıq. Suxari ilə blenderdən keçirilmiş qoz qarışdırılır.
Pendiri ilk öncə yumurtaya qoyuruq. Hər tərəfini yumurta etdikdən sonra suxarinin içinə qoyuruq. Hər tərəfini suxari edirik.
Yaxşıca qızmış yağın içində hər tərəfini qızardırıq. Sonra yağı süzülsün deyə salfetkanın üzərinə qoyuruq. Dadlı pendir qızarması hazırıdır. İsti və soyuq halda yeyilə bilər.
Nuş olsun!