Tərkibi:
Toyuq ciyəri- 500 q
Yağıl noxud- 500 q
Yumurta 1- ədəd
Soğan- 1 ədəd
Reyhan- zövqə görə
Mayonez
"Zeytun bağları" zeytun yağı
Duz-istiot
Kahı
Alma sirkəsi
Hazırlanması:
Soğanı şəkildə gördüyünüz kimi doğrayıb üzərinə bir az soyuq su əlavə edirik.
Sonra 1 çay qaşığı şəkər tozu və 1 çay qaşığı alma sirkəsi əlavə edirik. Soğanın iyi başqa ərzaqlara keçməməsi üçündür bu. Toyuq ciyərini zeytun yağında hər tərəfi qızarana qədər bişiririk.
Sonra ciyəri xırda-xırda doğrayırıq. Kahını, reyhanı doğrayırıq.
Yumurtanı xırda-xırda doğrayıb əlavə edirik. Yaşıl noxud da əlavə olunur. Duz-istiot səpib qarışdırırıq.
Mayonez əlavə edib yenidən qarışdırırıq. Süfrəyə verərkən üzərinə soğan əlavə edirik.
Nuş olsun!