Tərkibi:
Alma- 3-4 ədəd
Un- 1,5-2 stəkan
Şəkər tozu- 3 x.q
Soda - qaşığın ucunda
Vanilin
Yumurta- 2 ədəd
Duz
Duru yağ
Hazırlanması:
Almaları yuyub qabığını soyuruq.
Sonra sürtgəcin iri gözündən keçiririk. Üzərinə yumurta, şəkər tozu, soda, un və vanilin əlavə edirik.
Unu az-az əlavə edib yaxşı-yaxşı qarışdırmaq lazımdır. Tavanı qızdırıb yağı əlavə edirik.
Qaşıqla olladiləri yağa əlavə edirik.
Hər iki tərəfini qızarana qədər bişiririk.
Almalı olladilər hazırıdır.
Üzərinə şəkər pudrası və bal əlavə edib süfrəyə verə bilərsiniz.
Nuş olsun!