Tərkibi:
300 qr toyuq filesi
3 ədəd yumurta
4 ədəd kartof
3 ədəd "Bizim Tarla" duzlu xiyarı
1 banka konservləşdirilmiş göbələk
100 qr zövqə uyğun pendir
Mayonez, xama
Duz, istiot
Bəzək üçün:
Konservləşdirilmiş qarğadalı
Yumurta ağı
Cəfəri və ya keşniş
Hazırlanması:
Salat edəcəyimiz qaba dairə şəklində olan forma yerləşdirilir. Kartof sürtgəcdən kecirib dairənin üzərinə sərilir və mayonez, xama qarışığı çəkilir.
İkinci qata toyuq əti düzülüb mayonez, xama qarışığı çəkilir.
Göbələk düzülüb mayonez xama qarışığı çəkilir.
Sonrakı qata yumurta sürtgəcdən keçirib, səpilib, yenə mayonez xama qarışığı çəkilir.
Duzlu xiyar xırda doğranılıb düzülür, üzərinə mayonez xama qarışığı çəkilir.
Sonuncu qata pendir sürtgəcin xırda gözündən keçirilib səpilir və fantaziyanıza uyğun bəzəyə bilərsiniz.
Fantaziya salatımız hazırdır.
Nuş olsun!
( Tərcümə edilib )