Tərkibi:
Duzlu balıq əti - 300 q
Kartof - 3 ədəd
Kök - 2 ədəd
Çuğundur - 2 ədəd
Yaşıl alma - 2 ədəd
Soğan - 2 ədəd
Mayonez
Cəfəri, şüyüd
Duz

Hazırlanması:

Əvvəlcə yerkökü və kartofu bişiririk.






Kökü də təmizləyib sürtgəcin xırda gözündən keçiririk.

Sonra kartofu sürtgəcin xırda gözündən keçiririk.

Alma təmizlənib sürtgəcin orta gözündən keçirilir.

İndi salatımızı düzəltməyə başlayırıq:
Salatımızı hazırlayacağımız qaba mayonez çəkib üzərinə kartofu əlavə edirik.
Sonra kartofun üzərinə bir azca duz səpirik və mayonez çəkirik.

Sonra duzlu balığı qoyuruq və üzərinə mayonez çəkirik.

Balığın da üzərindən soğanı əlavə edirik.

Sonra kök və mayonez əlavə edirik.

Kökün üzərindən almanı rəndələyib tökürük və mayonez çəkirik.

Almanın da üzərindən çuğunduru əlavə edib düzəldirik.
Sonra hazır salatın üzərinə mətbəx şprisi vasitəsi ilə mayonezlə naxış edilir.
Bəzək üçün isə kənarlarına göyərti düzürük.
Və salatımız hazırdır.
Nuş olsun!
(Tərcümə edilib)