Tərkibi:
Xəmir üçün:
Un- 500 q
Süd - 1stəkan
Şəkər tozu- 2 x.q
Maya- 2 ç.q
Yumurta - 2 ədəd
Duz- 1 ç.q
Kərə yağı-100 q
İçlik:
Ağ balıq- 500 q
Soğan- 3 ədəd
"Zeytun bağları" zeytun yağı- 2 x.q
Duz-istiot- zövqə görə
Hazırlanması:
Xəmirimizi yoğurub 30-45 dəqiqə isti yerdə saxlayırıq. İçliyimizi hazırlayırıq. Balığı təmizləyib, doğrayıb duz-istiot səpirik.
Soğanı uzunsov doğrayıb 6-10 dəqiqə ərzində qızarana kimi bişiririk.
Sonra xəmiri yayırıq, qalınlığı 8-9 mm olmalıdır.
Sonra qovurduğumuz soğanı xəmirin ortasına şəkildə gördüyünüz kimi əlavə edirik.
Sonra üzərinə doğradığımız balıqları düzürük. Xəmirin qıraqlarını nazik-nazik kəsirik.
Sonra kəsdiyimiz xəmirləri saç hörgüsü kimi balığın üzərinə gətiririk. Quyruq hissəsi isə qalır.
Üzərinə yumurta sarısı çəkirik. Falqa kağızına büküb 190 dərəcədə 20-30 dəqiqə bişiririk.
Bişdikdən sonra 10-15 dəqiqə qalır sonra falqa kağızından çıxarırırıq.
Nuş olsun!