Tərkibi.
8 ədəd doğranmış nazik pendir
2 ədəd soyutma bişmiş yumurta
1-2 diş sarmısaq.
Yarım stəkan xırda doğranılmış qoz
Şüyüd
"Bizim Süfrə" klassik mayonezi
Hazırlanması.
Yumurta və şüyüd xırda doğranılır,sarmısaq rəndənin xırda gözündən keçirilir.Bunlara duz və mayonez əlavə edib qarışdırırıq.İçlik hazırdı.
Pendirin üzərinə hazır içlikdən qoyulur.
Rulet formasında bükürük.
İndi isə hər tərəfinə mayonez çəkirik.
Ən sonda xırdalanmış qoza batırırıq.Pendirli ruletimiz hazırdı.
Nuş olsun!!!