Qadin.NET / Rəngarəng rulet (foto resept)

Rəngarəng rulet (foto resept)

Tərkibi:

1 kq toyuq filesi

1 ovuc soyulmuş püstə

10 ədəd qurudulmuş pomidor

10 ədəd zeytun

1 ədəd qırmızı bolqar bibəri

1ç/q qurudulmuş şüyüd

Damaq dadınıza uyğun ərzaqlardan istifadə etmək olar.

( Kök, yaşıl noxud, göbələk və s )

Duz

İstiot

Yağlı kağız

Hazırlanması:

200 qr toyuq filesini kub şəklində doğranılır.Qalan file blenderdən və ya ət maşınından iki dəfə keçirilir. Bibər, pomidor, zeytun xırda doğranılır.

Rəngarəng rulet (foto resept)

Bütün ərzaqlar dərin qaba əlavə edilib duz, istiot, quru şüyüd vurularaq qarışdırılır.

Yağlı kağız sərilir, hazır qarışıq istəyə uyğun əlavə edilib rulet şəklində sıx burulur. Yenidən yağlı kağıza bükülür.

Rəngarəng rulet (foto resept)

Hazır ruletlər iplə sıx bağlanılır. Geniş qazana qaynar su əlavə edilib ruleti qoyuruq üzərinə, ağır boşqab qoyulur ki, su üzərinə çıxsın.

1-1,5 saat orta istilikdə hazır olana qədər bişirilir.

Rəngarəng rulet (foto resept)

Hazır rulet sudan çıxarılıb soyudulur kağızı açırıq və soyuducuya qoyuruq.

Rəngarəng ruletimiz hazırdır istəyə uyğun dilimləyib süfrəyə verə bilərsiniz.

Rəngarəng rulet (foto resept)

Nuş olsun!

(Tərcümə edilib)

 

 

                                                                                                                                                                               

4 noyabr 2015
GO BACK