Tərkibi:
2 ədəd pomidor
1 ədəd şirin bibər
10 ədəd zeytun
2 ədəd xiyar
1 qaşığı kəklikotu
300 q qoyun südündən pendir
5 ml "Zeytun bağları" zeytun yağı
Duz
1 baş qırmızı soğan
Hazırlanması:
Əvvəlcə xiyar qabıqları soyulur və şəkildə gördüyünüz kimi doğranılır.
Yuyulmuş pomidorları da həmçinin bu şəkildə doğrayırıq.
Şirin bibər də lay-lay doğranılır.
Qırmızı soğanı səliqə ilə doğrayırıq.
Bütün doğranmış tərəvəzləri qaba yerləşdirib üzərinə zeytunları əlavə edirik.
Bərk pendiri kibrit qutusu böyüklükdə doğrayırıq.
Salatımızın ən ləzzətli məqamına çatdıq. "Zeytun bağları" zeytun yağı ilə onu daha da dadlı edirik.
Və sonda kəklikotunu səpərək süfrəyə veririk.
Nuş olsun!