Tərkibi:
Kabak- 1 ədəd
Yumurta- 4 ədəd
Un- 1 stəkan
Pendir-250 q
Mayonez- 250 q
Pomidor- 1 kq
Sarımsaq- 4 diş
Göy soğan -1 dəstə
Şüyüd- 1 dəstə
Duru yağ
Hazırlanması:
Bizə çəkisi ən az 1 kq olan kabak lazımdır. Kabak yuyulur, qabıqdan təmizlənir.
Sürtgəcin iri gözündən keçiririk. 20 dəqiqə saxlayırıq ki, suyu çıxsın.
Sonra üzərinə duz-istiot, yumurta əlavə edib qarışdırırıq. Sonra unu da üzərinə əlavə edirik.
Un da tam həll olunana qədər qarışdırırıq. Sonra bilinçiklər bişiririk.
Blinçiklər hazır olduqdan sonra içliyi hazırlayırıq.
Pendiri, göyərtini, soğanı, sarımsağı xırda-xırda doğrayırıq. Üzərinə mayonez əlavə edib yenidən qarışdırırıq. Pomidorları yumru-yumru doğrayırıq.
Blinçiklərin arasına pomidor düzüb üzərinə hazırladığımız içliyi əlavə edirik.
Beləcə bütün layları hazır edirik. Üzərini bəzəmək zövqə görə ola bilər.
Soyuducuda 2-3 saat saxladıqdan sonra süfrəyə verə bilərsiniz.
Nuş olsun!