Tərkibi:
Kabak- 400 q
Göy soğan- 1 dəstə
Un- 4 x.q
"Zeytun bağları" zeytun yağı
Yumurta- 1 ədəd
Qabartma tozu- 1 ədəd
Duz-istiot
Hazırlanması:
İlk öncə kabakları yuyub sürtkəcin iri gözündən keçiririk.
Üzərinə 1 ç.q duz əlavə edib qarışdırırıq. 10 dəqiqə sonra sıxıb suyunu çıxarırıq.
Azca duz və istiot səpirik.
Yumurta və xırda doğranmış göy soğan əlavə edib qarışdırıq.
Başqa qabda unun üzərinə qabatma tozu əlavə edib qarışdırmaq lazımdır.
Sonra unu da əlavə edib yaxşı-yaxşı qarışdırırıq. Tavaya zeytun yağı əlavə edib şəkildə gördüyünüz kimi xırda-xırda olladilər hazırlayırıq. Hər iki tərəfini də 3-5 dəqiqə qızarana qədər bişiririk. Kabakdan hazırladığımız olladilər hazırdır.
Nuş olsun!