Qadin.NET / Provans salatı (foto resept)

Provans salatı (foto resept)

Tərkibi:

Toyuq ciyəri-200 q

Göbələk-200 q

"Zeytun bağları" zeytun yağı- 2x.q

İspanaq- bir dəstə

Reyhan- zövqə görə

Göyərti- zövqə görə(keşniş, şüyüd)

Duz- istiot

Duru yağ

Hazırlanması:

Provans salatı (foto resept)

İlk öncə toyuq ciyərini yuyub, xırda-xırda doğryıb suyu süzülməsi üçün bir qaba qoyuruq.

Provans salatı (foto resept)

Sonra göbələkləri eninə 2 hissəyə bölürük. Bu salat üçün göbələyi nə qədər xırda seçsəniz bir o qədər yaxşıdır.

Provans salatı (foto resept)

Ciyəri və göbələyi az duru yağda ayrı-ayrılıqda bişiririk. Sonra sousu hazırlayırıq.

Provans salatı (foto resept)

Bir qaba zeytun yağı, reyhan (qurusu da ola bilər) ispanaq və başqa xoşladığınız göyərtiləri xırda-xırda doğrayıb əlavə edin. Və yaxşı-yaxşı qarışdırın. Salatı təqdim edəcəyiniz qaba göbələk və ciyəri qarışdırıb əlavə edin. Üzərinə hazırladığımız sousu da əlavə edin. Salat soyuq halda yeyilir.

Provans salatı (foto resept)

Nuş olsun!

6 oktyabr 2015
GO BACK