Qadin.NET / Badımcan salatı (foto resept)

Badımcan salatı (foto resept)

Badımcan salatı (foto resept)

Tərkibi:

Badımcan- 2-3 ədəd

Yumurta- 2 ədəd

Kartof - 1 ədəd

Şirin bibər- 1 ədəd

Soğan- 1 ədəd

Sarımsaq -2-3 diş

Göy soğan- 2-3 ədəd

Şüyüd- 2-3 ədəd

Duza qoyulmuş xiyar-2-3 ədəd

Duru yağ

Duz- istiot

Hazırlanması:

Badımcanları yumru-yumru kəsirik. Bir qabda yumurtanı yaxşı-yaxşı qarışdırıb badımcanları onun içinə qoyuruq. Sonra yumurtadan çıxarıb yağlı tavada az odda qızarana qədər bişiririk.

Badımcan salatı (foto resept)

Və salfetlərin üzərinə yığırıq ki yağı süzülsün.

Badımcan salatı (foto resept)

Kartofu nazik-nazik doğrayıb yağda qızardırıq.

Badımcan salatı (foto resept)

Bibəri də eyni ilə şəkildəki kimi doğramaq lazımdır.

Badımcan salatı (foto resept)

Duzlu xiyarı da nazik-nazik doğramaq lazımdır.

Badımcan salatı (foto resept)

Badımcanları da uzunsov doğrayırıq. Və bütün bunları üst-üstə əlavə edirik.

Badımcan salatı (foto resept)

Göy soğan, quru soğan, şüyüd və sarımsağı xırda-xırda doğradıqdan sonra qarışdırırıq.

Badımcan salatı (foto resept)

Üzərinə yağ əlavə edib qarışdırdıqdan sonra salatın üzərinə əlavə edib yenidən xəfifcə qarışdırmaq lazımdır. Badımcan salatımız hazırdır.

Badımcan salatı (foto resept)

Nuş olsun!

28 sentyabr 2015
GO BACK