Lazım olan ərzaqlar:
4 yumurta
0,5 st qatıq
0,5 st süd
Bitki yağı
Duz
"Best Cow" kərə yağı- 300 qr
Yağlı kəsmik və evdə hazırlanmış ağ pendir
Apardığı qədər un
Hazırlanması:
3 yumurta , 0,5 st süd, 1 x.q bitki yağı, duz əlavə edilib bərk xəmir yoğrulur.
Xəmir 4 yerə bölünür
Hər biri nazik yayılır
Pendirlə kəsmik sürtkəcdən keçirilir.
Bir qazanda su qaynadılır (yuxaları bişirmək üçün)
Ayrı bir qabda soyuq su hazırlanır ( Yuxaları isti sudan çıxarıb soyuq suda saxlamaq üçün)
Sobanın listinə bitki yağı çəkilir
Əvvəlcə suda bişirilməmiş yuxa sərilir
Bu yuxa yağlanır və üzərinə suda bişirilib soyudulmuş yuxa sərilir(qırış-qırış)
Bu yuxanın üzərinə içlik səpilir, yağ çəkilir.
Üzərinə başqa yuxada qoyulur və bununda üzərinə bol içlik qoyulur.
4 cü yuxa bunların üzərinə sərilir və yumurtalı qatıq çəkilir
Börəyimizi bıçaqla istədiyimiz formada kəsirik və sobada 50 dəqiqə bişiririk.Su börəyimiz hazırdır.
Nuş olsun!