Tərkibi:
Kələm - 300 q
Yaşıl soğan - 1 Puç.
Yerkökü - 1 ədəd
Portağal - 2 ədəd
Alma - 2 ədəd
Limon şirəsi - 2 y.q
Xama - 4 y.q
Soya sousu - 2 y.q
Nanə yarpaqları - 4 ədəd
Cəfəri
Şəkər tozu
Hazırlanması:
Yerkökü və kələmi yuyun, təmizləyin və uzun-uzun doğrayın.
Üç kələm yarpağını kənara qoyun.
Qabıqları təmizlənmiş portağal və almaları şəkildəki kimi doğrayın.
Yaşıl soğanı da xırda-xırda doğrayıb qarışığa əlavə edin və qarışdırın.
Soya sousuna xama, limon suyunu və zövqə görə şəkə əlavə edib qarışdırın.
Soya sousunun duzu yetərli olduğu üçün duz tökməyi məsləhət göməzdim.
Sousu qarışıma əlavə edib yaxşı yaxşı qarışdırın.
Kələm yarpağını portağal və alma dilimləri ilə bəzəyin.
Səliqə ilə salatı boşqaba qoyun.
Üzərini göyərti ilə bəzəyib süfrəyə verə bilərsiniz. Mən nanə ilə bəzədim.
Nuş olsun!