Tərkibi:
3-4 ədəd badımcan
2-3 ədəd kök
2-3 pomidor
2-3 ədəd bolqar bibəri
1 ədəd baş soğan
1 baş sarımsaq
1-2 ədəd acı bibər
"Zeytun bağları" zeytun yağı
Göyərti zövqə uyğun
Ədviyyatlar zövqə görə
Duz, istiot
Hazırlanması:
Ərzaqlar yuyulur, doğranılır, duz, istiot, ədviyyatlar vurulur və üzərinə yağ gəzdirilir, 200 dərəcə isidilmiş sobada bişirilir.
Ərzaqlar bişdikdə sobadan çıxarılır.
Qabıqları soyulub xırda doğranılır.
Sarımsaq və göyərti xırda doğranaraq bişmiş tərəvəzlərlə duz, istiot, azca yağ əlavə edərək bir yerdə qarışdırılır.
Bu salatı qışa saxlamaq mümkündü, sterilizə edilmiş bankalara yığılır, 1 saat qaynadılıb bağlanılır.
Nuş olsun!