
200 qr kolbasa
200 qr xiyar(təzə və ya "Bizim Tarla" xiyar turşusu)
150 qr yaşıl soğan
3 ədəd yumurta
400 qr kök
"Bizim Süfrə" limonlu mayonezi
Azərduz yodlu narın xörək duzu, istiot

Hazırlanması:
Kartof və kök qaynadılır , soyudulur,qabıqlardan təmizlənir

Kartof kiçik rəndədən keçirilir

Kolbasa küp şəklində xırda doğranır

Xiyar da eyni şəkildə küp şəklində doğranır

Yaşıl soğan xırda-xırda doğranır

Yumurtalardan birinin ağını bəzək üçün ayırıb,digərləri rəndələnir

Kök də rəndələnir

Salat qabına əvvəlcə rəndələnmiş kartof qoyulur,duzlanır,istiotlanır və pələng başı forması verilir,ardından mayonezlənir

Kartofun üzərinə kolbasa qoyulur və mayonezlənir

Kolbasanın üzərinə xiyar qoyulur və mayonezlənir

Xiyarın üzərinə yaşıl soğan qoyulur

Yaşıl soğanın da üzərinə yumurta qoyulur və mayonezlənir

Yumurtanın üzərindən kök qoyulur

6-7 qara zeytun xırda-xırda doğranır

Ayırdığınız yumurta ağından gözlər və yanaqlar düzəldilir

Qara zeytunlardan burun və kirpiklər,
Xiyardan göz bəbəkləri,kolbasadan ağız düzəldilir

Xırda doğranmış zeytunlardan pələngin zolaqları,yaşıl soğanın ağ yerindən isə bığlar düzəldilir

Nuş olsun!
![]()