Tərkibi:
Ağ və qara çörək dilimləri
250 q yağlı pendir
100 q xama
1 balaca soğan
1 balaca qırmızı bolqar bibəri
5-6 dilim kolbasa
60-80 q holland pendiri
1 st xırdalanmış qoz ləpəsi
1 dəstə göy soğan və ya şüyüd
Qara və yaşıl zeytun
1 qutu diş çöpü
Hazırlanması:
Kolbasa, soğan, bolqar bibəri ayrı-ayrılıqda xırda doğranılır. Holland pendiri sürtgəcdən keçirilir.
Dərin qaba doğradığımız ərzaqları əlavə edirik, üzərinə xama, yağlı pendir əlavə edib yaxşıca qarışdırırıq.
Sallofan üzərinə yayıb, kicik hissələrə ayırıb toplar hazırlayırıq (yumuşaq olarsa, soyuducuda saxlamaq olar).
Qoz ləpəsi xırdalanılır.
Topların 16-sı üyüdülmüş qozda yuvarlanılır.
Göy soğan xırda doğranılır.
Qalan topları yuvarlayıb soyuducuya qoyuruq.
Ağ və qara çörək dilimləri dördkünc kəsilir(şəkildəki kimi).