Qadin.NET / Sadə badımcan salatı (foto resept)

Sadə badımcan salatı (foto resept)

 Sadə badımcan salatı (foto resept)

Tərkibi:

Badımcan- 1kq

Sarımsaq-5 diş

Göyərti-1 dəstə

Sirkə-0,5 xörək qaşığı

Duz-istiot

"Zeytun bağları" zeytun yağı

Hazırlanması:

Sadə badımcan salatı (foto resept)

Badımcanı yuduqdan sonra qabığını təmizləyib şəkildə gördüyünüz kimi doğramaq lazımdır.

Sonra yaxşı-yaxşı duzlayıb qarışdırdıqdan sonra 1-2 saat gözləyirik.

Sadə badımcan salatı (foto resept)

Bu zaman sarımsağı təmizləyib xırda-xırda doğrayırıq.

Əlbəttə ki, sarımsaq zövqünüzə görə arta və azalada bilərsiniz. 

Sadə badımcan salatı (foto resept)

Göyərti isə sevdiyiniz hər hansı göyərti ola bilər. Məsələn: şüyüd və ya cəfəri.

Bir qazana su və sirkə əlavə edib qaynamağını gözləyirik. Su qaynadıqda badımcanı əlavə edib 5 dəqiqə qaynadırıq.

Sadə badımcan salatı (foto resept)

Badımcan ilıq halda olduğu zaman sarımsaq və göyərtini əlavə edib qarışdırırıq.

Sonra da üzərinə zeytun yağı əlavə edirik. Salatımız hazırdır.

Sadə badımcan salatı (foto resept)

Nuş olsun! 

(tərcümə edilib)

3 iyun 2015
GO BACK