Qadin.NET / Hisə verilmiş toyuq budlu salat (foto resept)

Hisə verilmiş toyuq budlu salat (foto resept)

Tərkibi:

Hisə verilmiş toyuq budu 1 ədəd

Xiyar -1 ədəd

Yaşıl soğan- 5 ədəd

Yumurta -4 ədəd

Göbələk -200 q

"Zeytun bağları" zeytun yağı -4 y.q

Duz -(zövqə görə)

Mayonez -300 ml

Hazırlanması:
Hisə verilmiş toyuq budunu sümüklərindən ayırıb kub şəklində doğrayın. İstəyə görə dərisini də doğraya bilərsiniz.

Xiyarı, yumurtanı, göbələk və göy soğanı xırda-xırda doğrayın.

 

 

 

Göbələkləri yağda qızardın.

Salatı hazırlayacağımız qaba sallofan qoyub üzərinə mayonez çəkin.

İlk olaraq doğradığınız yumurtaları düzün.

Üzərinə mayonez çəkib doğranılmış xiyarları əlavə edin.

Yenidən üzərinə mayanez çəkin.

Göyərtiləri üzərinə sərpin.

Qızardılmış göbəliyi üzərinə əlavə edin.

Ən sonda isə hisə verilmiş toyuq budunu əlavə edin.

Üzərini mayonezləyib qabı tərsinə çevirin.

Zövqə görə bəzəyə bilərsiniz.

Nuş olsun!

Allah hər kəsin süfrəsini bol etsin. Amin!

25 may 2015
GO BACK