Tərkibi:
Toyuq əti 500 q
Kələm 400 q
Holland pendiri 150 q
Mayonez
Duz, istiot (istəyə görə)
Hazırlanması:
İlk olaraq toyuq əti bişirilir, soyudulur, dördkünc formada doğranılır.
Kələm nazik formada doğranılır, duzlanılır, qarışdırılır ki, bir az yumuşalsın.
Daha sonra kələm, toyuq əti və sürtgəcdən keçirilmiş pendir birlikdə qarışdırılır.
Bunların da üzərinə duz, istiot, mayonez vurub bir daha qarışdırırıq.
Salatımız hazırdır.
Nuş olsun!
(Tərcümə olunub)