Bu gün ənənəyə sadiq olaraq yenə resept xəbəri təqdim edirik. Lakin bu dəfə bir az fərqli. Bu gün sizə bir neçə lavaş ruleti salatları resepləri təqdim edirəm. Daha doğrusu, lavaş salatları üçün içliklər. Əslində zövqümüzə görə əlimizin altında nə varsa, hazırlayıb lavaş ruleti salatları hazırlaya bilərik.
1. Kəsmik -1 paket.
Göyərti -zövqə görə
Duz-istiot
Mayonez
Sarımsaq - 2-3 diş
2. Kəsmik- 1 paket
Şüyüd- 1 dəstə
Sarımsaq -1-2 diş
Pendir
Konservləşdirilmiş xiyar turşusu- 1 ədəd.
3. Qızardılmış göbələk.
Göyərti
Pendir
Qaymaq -2 qaşıq
Konservləşdirilmiş xiyar turşusu- 1 ədəd
3. Qızıl balıq-xırdalanmış
Göyərti
Təzə xiyar- 2 ədəd
4. Düyü -200 q
Yumurta -2 ədəd
Göyərti -zövqə görə
Mayonez- 2-3 xörək qaşığı.
5. Dana əti - 300 q
Pendir -200 q
Sarımsaq -2-3 diş
Kök - 1 ədəd
Xiyar - 1 ədəd.
Mayonez - 2-3 qaşıq.
6. Kolbasa -200 q
Xiyar- 1 ədəd
Kök- 1 ədəd
Göy soğan- 3-4 ədəd
Duz-stiot
Mayonez.
7. Qiymə -300 q(soğanla qovrulmuş)
Pendir -100 q
Şirin bibər - 2-3 ədəd.
8. Toyuq filesi -300 q
Şüyüd -göy soğan.
Xiyar -1 ədəd
Kök - 1ədəd
Duz-istiot
Mayonez - 2-3 qaşıq.
9. Bişmiş toyuq ciyəri -300 q
Duz-istiot
Qaymaq -2-3 qaşıq.
Sarımsaq -2 diş.
10. Yumurta -4 ədəd
Kök - 2ədəd
Göyərti - zövqə görə
Toyuq filesi - 300 q
Mayonez -2-3 qaşıq.
Bütün bu içlikləri hazırlamaq üçün tərəvəzlər sürtkəçdən keçirilir. Ətlər didilir və ya xırda-xırda doğranır.
Nuş olsun!