Tərkibi:
Kəsmik- 500 q
Şəkər tozu- 4 xörək qaşığı
Yumurta- 2 yumurta
Manna- 6 xörək qaşığı
Un- 2 xörək qaşığı
Ərik(konservləşdirilmiş və ya kompotun içindən də olar)- 250 q
Qarğıdalı çubuqları (şokoladlı və vanil ətirli)-3 paket
Hazırlanması:
Yumurta və şəkər tozunu qarışdırmaq lazımdır.
Sonra üzərinə manna və unu əlavə edib yenidən yaxşı-yaxşı qarışdırmaq lazımdır. Kəsmik də əlavə olunur və yenidən qarışdırılır.
Sonra əriyi xırda-xırda hissələrə bölürük və suyunun getməyini gözləyirik.
Kəsmikli qarışımı şəkildəki kimi açıb içinə ərik qoyub əlimizdə yumrulayırıq.
Sobada qaynayan suya atıb 5-7 dəqiqə bişiririk. Topalar suyun üzərinə qalxmalıdırlar.
Qarğıdalı çubuqlarını blenderdə xırdalamaq lazımdır. Sonra bişmiş toplaları qarğıdalı çubuğunda fırladırıq.
5 dəqiqdən sonra hazırdır. Həm isti, həm də soyuq yeyilən desertdir.
Nuş olsun!
(tərcümə edilib)