Tərkibi:
5 - 6 ədəd Dilimlənmiş çörək
"Möcüzə" duru yağı (günəbaxan)
Sulu kəsmik 200 g
Yumurta 1 ədəd
1-2 y.q şəkər tozu
Vanilin
Tumsuz üzüm
Pendir - 3 y.q
Hazırlanması:
Çörəklər dilimlərə bölünür.
Yumurta ilə kəsmik qarışdırılır. Üzərinə şəkər tozu və vanil əlavə olunur yenidən qarışdırılır.
Həmin qarışımı çörəyin üzərinə çəkirik.
Üzümləri yarı bölüb tumlarını təmizləyirik.
Həmin təmizlənmiş üzümləri çörəyin üzərinə düzürük.
Holland pendirini sürtgəcdən keçirib çörəyin zərinə səpirik.
180 dərəcədə üzəri qızaranadək sobada bişiririk.
Nuş Olsun!