Qadin.NET / Göbələkli şuba salatı (foto resept)

Göbələkli şuba salatı (foto resept)

Tərkibi:

Göbələk- 300 q

Soğan iri -1 ədəd

Toyuq filesi -200 q

Kök -2 ədəd

Xiyar -2 ədəd

Şüyüd

Duz-istiot

Hazırlanması:

Göbələkli şuba salatı (foto resept) 

 Göbələkli şuba salatı (foto resept)

Soğanı xırda-xırda doğrayıb yumşalana qədər yağda bişiririk. Sonra üzərinə əvvəlcədən pörtlənmiş göbələyi əlavə edirik. Və birlikdə bişiririk. Salatımızı hazırlayacağımız qaba mayonez çəkib üzərinə göbələyi əlavə edirik.

Göbələkli şuba salatı (foto resept)

Göbələyin üzərinə mayonez çəkirik.

Göbələkli şuba salatı (foto resept)

  Sonra didilmiş toyuq ətini əlavə edib üzərinə mayonez çəkirik. Duz-istiot zövqə görə səpirik.

Göbələkli şuba salatı (foto resept)

Sonra kök sürtkəcdən keçirib üzərinə əlavə edilir.

Göbələkli şuba salatı (foto resept)

Və xiyar da eyni qayda ilə əlavə olunur.

Göbələkli şuba salatı (foto resept)

Üzərini yenidən mayonezləyib səliqəyə salırıq.
Sonda üzərinə bəzək kimi şüyüd doğrayıb səpmək olar. Və ya fantaziyanızı gücləndirib daha gözəl bəzək vura bilərsiniz.

Göbələkli şuba salatı (foto resept)

Salatımız hazırdır.

Göbələkli şuba salatı (foto resept)

Nuş olsun!

21 aprel 2015
GO BACK