Qadin.NET / Ev üsulu ananaslı dondurma (foto resept)

Ev üsulu ananaslı dondurma (foto resept)

Tərkibi:

Yumurta- 4 ədəd

Bal-50-80 q

Ananas- 1 ədəd

Vanil -1 ədəd

Qaymaq yağlılığı (33%) - 200 ml

Hazırlanması:

Ev üsulu ananaslı dondurma (foto resept)

Qaymağın üzərinə vanil əlavə edib bərk halda olana qədər mikserlə qarışdırın. 

Ev üsulu ananaslı dondurma (foto resept)

Yumurtanın ağını sarısından ayırırıq. Və ağını mikserlə çalırıq. sonra balı azca qızdırıb yavaş-yavaş yumurtanın ağının üzərinə əlavə edib çalırıq.

Ev üsulu ananaslı dondurma (foto resept)

İndi isə Qaymağı və yumurtanın ağını birlikdə qaşıqla yavaş-yavaş qarışdırmaq lazımdır.

Ev üsulu ananaslı dondurma (foto resept)

Əvvəlcədən xırda-xırda doğradığımız ananası üzərinə əlavə edə bilərik. Ananas konservləşdirilmiş də ola bilər. Bu zaman mütləq əvvəlcədən ananası süzgəcə qoymaq lazımdır ki, suyu tam axsın.

Və hazırladığımız dondurmanı təqdim edəcəyimiz qablara qoyub üzərini zövqümüzə görə bəzəyirik.

Ev üsulu ananaslı dondurma (foto resept)

Nuş olsun!

Ev üsulu dondurma hazırlanmasına video da baxaq.


10 aprel 2015
GO BACK