Lazım olan ərzaqlar:
Mayalı xəmir
Kartof 500 q
Pendir 3 növdə (kəsmik də olar)
Göyərti (zövqə görə)
Duz, istiot
Üzərinə çəkmək üçün "Möcüzə" paket yağı
Hazırlanması:
Əvvəlcə çörək xəmiri kimi xəmir yoğrulur, gəlmək üçün isti yerə qoyulur.
Bu müddətdə kartof soyulur, təmizlənir, üzərinə bir az su alınıb bişməyə qoyulur.
Pendirlər sürtgəcdən keçirilir qarışdırılır.
Kartoflar bişdikdən sonra əzilir, pendir qarışığı kartofla qarışdırılır, duz, istiot vurulur.
Xəmirdən balaca toplar hazırlanır.
Xəmir ölçüdə içlik götürülür. Xəmirlə içliyi örtürük.
Əvvəlcə əlimizlə sonra oxlovla yayırıq.
İçliyə göyərti də əlavə etmək olar.
Altı qalın tavada hər iki tərəfi qızarana kimi vam odda bişiririk. Üzərinə kərə yağı çəkilir.
Süfrəyə veriləndə hissələrə bölüb yanında sumaxla verilir.
Bolqar xıçınilərimiz hazırdır, xanımlar. Nuş olsun!