Qadin.NET / Şuba salatı (foto resept)

Şuba salatı (foto resept)

Tərkibi.

Çuğundur

Yerkökü

Kartof

Yumurta

Duzlu balıq

"Bizim Süfrə" limonlu mayonezi

Azərduz yodlu narın xörək duzu

Hazırlanması.
Çuğundur,kartof,yumurta,yerkökü soyutma bişirilir.
İlk öncə qabın dibinə bir az mayonez çəkirik və çuğunduru rəndədən keçirib üzərinə duz vurub mayonez çəkirik.
Sonra kartof rəndədən keçirilir duz vurub mayonez çəkirik.
Balıq xırda doğranılır kartofun üzərindən düzülür mayonez çəkilir.
Yerkökü rəndədən keçirilir balığın üzərindən qoyulur,duz vurub mayonez çəkirik.
Yumurtanın ağını rəndədən keçirin yerkökünün üzərindən qoyuruq mayonez çəkirik.
Təzədən bir də ərzaqların qalan yarısını da rəndədən keçirib üst-üstə yığırıq.Ən üstə isə yumurtanın sarısını səpirik.Bəzək üçün isə kənarlarına göyərti düzürük.Budur şuba salatımız hazırdı.
Nuş olsun!!!
P.S.Vusalə_Ruslan, Narmisha və Guneshim adlı istifadəçilərin xahişi üzrə hazırlanıb.
14 aprel 2011
GO BACK