Tərkibi:
Toyuq ciyəri-600 q
Yumurta-2 ədəd
Kök-1 ədəd
Soğan-1 ədəd.
Smetan-3 xörək qaşığı
Un-2 xörək qaşığı
Qat-qat xəmir-500 q
Duz-istiot- zövqə görə
"Möcüzə" duru yağı(qarğıdalı)
Hazırlanması:
Soğanı xırda-xırda doğrayıb yağda bir az qovururuq. Sonra kökü təmizləyib, sürtkəcdən keçirib soğanın üzərinə əlavə edirik.
5 dəqiqə birlikdə qovururuq.Toyuq ciyərini yuyub blenderdə yaxşıca qarışdırırıq.
Sonra bişirdiyimiz kök və soğan qarışığını əlavə edib yenə qarışdırırıq.
Yumurtanın sarısını, smetan və duz-istiot üzərinə əlavə edib yenə qarışdırırıq.
Blenderin bıçağını çıxarıb un əlavə edirik və əl mikseri ilə yavaş-yavaş qarışdırırıq.
Sonra isə yumurtanın ağını (beze halında) əlavə edib yenə qarışdırırıq.
Qat-qat xəmiri eyni ölçüdə dördkünc kəsirik. Və biskivit üçün olan formalara yerləşdirib içliyi üzərinə qaşıqla az-az əlavə edirik. Əvvəlcədən isinmiş sobada 180 dərəcədə 20-25 dəqiqə bişiririk.
Toyuq ciyərindən qəlyənaltımız hazırdır.
Nuş olsun!