Tərkibi:
1/4- qırmızı kələm
1 salxım qara üzüm(şirin)
4-5 ədəd göbələk
1 ədəd baş soğan
2-3 kahı yarpağı
"Zeytun bağları" zeytun yağı
0,5 x/q küncüt
duz, istiot
Hazırlanması:
Əvvəlcə soğan və göbələkləri xırda doğrayıb zeytun yağında yüngülcə qızardırıq.
Kahını doğrayırıq.
Kənarda qırmızı kələmi nazik dilimlərə doğrayırıq və üzərinə duz, istiot əlavə edirk.
Kələm və qızardılmış göbələkli soğan qarışımın üzərinə kahını əlavə edirik.
Üzümləri tən ortadan bölüb salata əlavə edirik.
Üzərindən küncüt və zeytun yağı çəkirik.
Budur salatımız hazırdır.
Nuş olsun!
(tərcümə edilib)