Qadin.NET / Üzümlü salat (foto resept)

Üzümlü salat (foto resept)

Tərkibi:

Toyuq budu- 200qr

Duz - 5qr

Mayonez - 200qr

Sərt pendir- 100qr

Su - 750ml

Üzüm - 200qr

Yumurta - 3 ədəd

Hazırlanması:

Əvvəlcə toyuğun budunu duzlu suda bişiririk. İstəsəniz toyuğun döş ətindən də istifadə edə bilərsiniz.

Üzümləri tən yarı bölürük. Əgər çəyirdəkləri varsa təmizləyirik.

Toyuq ətini sümükdən təmizləyib doğrayırıq və istənilən formada boşqaba düzmək olar. Bu dəfə isə ürək formasında düzək.

Üzərinə bir az duz və mayonez əlavə edək.

Yumurtalar bişirilir, qabıqları təmizlənir və sürtgəcdən keçirilir, qarşığın üzərinə əlavə edilir.

 

 

Üzərinə mayonez əlavə olunur.

Sərt pendir sürtgəcdən keçirilir və qarışığın üzərinə əlavə olunur.

Üzəri mayonezlənir və üzümlə bəzədilir.

 

Buyurun, nuş olsun. Allah hər kəsin süfrəsini bol etsin. Amin.

20 mart 2016
GO BACK