Qadin.NET / Toyuq ətli ananaslı salat (foto resept)

Toyuq ətli ananaslı salat (foto resept)

Tərkibi:

Holland pendiri- 100 g

Toyuq filesi- 200 g

Konservləşdirilmiş ananas- 200 g

Zövqə görə duz, istiot

Mayonez- 4 y.q

Konservləşdirilmiş qarğıdalı-5 y.q

Cəfəri 

Hazırlanması:

İlk əvvəl holland pendirini sürtgəcdən keçirək.

Əvvəlcədən duzlu suda bişirilmiş və soyudulmuş toyuq filesini kub şəklində doğrayaq.

Konservləşdirilmiş ananasları da toyuq filesi kimi kub şəklində doğrayaq.

16 sm diametri olan yumru formanı böyük boşqaba qoyub içinə ərzaqları yerləşdirək. İlk öncə toyuq filesini qoyub üzərinə duz-istiot əlavə edək.

Üzərinə bir az mayonez əlavə edək.

Daha sonra dogranmış ananasları düzək.

Ananasların da üzərinə çox az mayonez çəkirik.

Sürtgəcdən keçirilmiş pendiri üzərinə əlavə edək.

Mayonezin hamısını üzərinə çəkək.

Son olaraq konservləşdirilmiş qarğıdalını üzərinə tökək.

Süfrəyə verərkən üzərinə xırda doğranmış cəfəri ilə səpə bilərik.

Nuş olsun!

(Tərcümə edilib)

16 fevral 2015
GO BACK