Qadin.NET / Xanım kaprizi salatı(foto resept)

Xanım kaprizi salatı(foto resept)

Tərkibi:

Toyuq budu- 2 ədəd

Xiyar-1-2 ədəd

Qoz-100 q

Qara gavalı-100 q

Bərk pendir- 150 q

Holland pendiri-7 dilim

Yaşıl soğan - 1 dəstə

duz-istiot- zövqə görə

Mayonez

Hazırlanması: 

Xanım kaprizi salatı(foto resept)

2 toyuq budunu ilk öncə bişirib sonra sümüklərindən ayırırıq və xırda-xırda doğrayırıq. Və bütün tərəvəzləri də beləcə xırda-xırda doğrayıb salatı hazırlayacağımız qaba əlavə edirik. 

Xanım kaprizi salatı(foto resept)

Sonra mayonez əlavə edib yaxşı-yaxşı qarışdırırıq. 

Xanım kaprizi salatı(foto resept)

Sonra alınan salatı çox da dərin olmayan bir qaba qoyuruq. 

Xanım kaprizi salatı(foto resept)

 Üzərinə pendir süzgəcdən keçiririk. 

Xanım kaprizi salatı(foto resept)

Salatımızın üzərinə kala güllərini hazırlamaq üçünsə holland pendirini dilimlərə ayırıb şəkildəki kimi hazırlayırıq. 

Xanım kaprizi salatı(foto resept)

Və alınan gülləri salatımızın üzərinə düzürük.

Nuş olsun.

19 yanvar 2015
GO BACK