Tərkibi:
400 q yaşıl lobya
4 ədəd yumurta
1-2 sarımsaq
1 x/q "Möcüzə" paket yağı
Mayonez
duz
Hazırlanması:
Yaşıl lobyanı bir neçə yerə bölüb 15-20 dəqiqə qaynadırıq. Bu zaman üzərinə zövqə görə duz vururuq.
Lobya bişdikdən sonra üzərinə soyuq su əlavə edirib süzürük.
Sonra lobyanı kərə yağında 5 dəqiqə qarışdıraraq qızardırıq.
Yaşıl lobyanı salat qabına qoyub üzərinə sarımsaq əzirik.
Yumurtanı da şəkildəki kimi əlavə edirik.
Zövqə görə duz və mayonez əlavə edib qarışdırırıq.
Yaşıl lobyalı salatımız hazırdır.
Nuş olsun!
(tərcümə edilib)