Qadin.NET / Dadlı salat (foto resept)

Dadlı salat (foto resept)

Tərkibi:

1 ədəd çuğundur

3 ədəd kartof

100-150 q. bərk pendir

 4 ədəd yumurta

1-2 ədəd kök

350 q bişmiş toyuq əti

100 q çəkilmiş qoz ləpəsi

1 ədəd soğan

1-2 diş sarımsaq

 Mayonez, duz

  1 ədəd nar

 1 ədəd qara zeytun 

Hazırlanması:

 Əvvəlcə çuğundur və kartofu  bişiririk.

Yumurta və yerkökü ayrı qabda bişir.

Sonra hamısının suyunu süzürük və isti isti təmizləyirik.

Yumurtanin aği sürtkəcin iri gözündən keçirilir.

  Dadlı salat (foto resept)

Yumurtanin sarısı isə sürtkəcin xırda gözündən keçirilir.

  Dadlı salat (foto resept)

Pendir sürtkəcin xırda gözündən keçirilir.

  Dadlı salat (foto resept)

Kök sürtkəcin xırda gözündən keçirilir.

  Dadlı salat (foto resept)

İndi isə rəndələnmiş pendiri bir az mayonezlə qarışdırırıq.

Sonra toyuq əti xırda doğranılır.

Ayrı qabda sarımsaq əzilir və mayonez əlavə edib qarışdırılır.

    Dadlı salat (foto resept)

İndi salatı düzəltməyə başlayırıq. 

 Azça duzlanmiş kartofu qarışdırıb qoyuruq və üzərinə sarımsaqla qarışmış mayonez çəkilir.

Sonra kartofa əllə yumru forma verilir ki, papağa oxşasin. 

Bu formada şəkildəki kimi davam edilir.

Cuğundur və mayonez.

Kök və mayonez. 

Soğan xırda doğranılır və əlavə edilir. 

Toyuq əti və mayonez əlavə olunur. 

Qoz əlavə olunur. 

Hamısı bu şəkildə qat qat düzülüb mayonez cəkilir.   

    Dadlı salat (foto resept)

Sonda isə rəndələnmiş mayonezlə qarışmış pendir üzərinə qoyulur.

 Onun da üzərinə yumurtanin agi əlavə olunur. 

  Dadlı salat (foto resept)

Növbəti addımda salat qabının ətrafina çəkilmiş qoz səpilir.

  Sonra nar dənələri üzərinə və ətrafina düzülür.

 Salatın ortasına da bir ədəd tumsuz qara zeytun yerləşdirilir.

    Dadlı salat (foto resept)

Salat hazırdır.

  Dadlı salat (foto resept)

 

Dadlı salat (foto resept)
Nuş olsun!

(Tərcümə edilib)

31 dekabr 2014
GO BACK