Qadin.NET / Balıqlı yuvacıqlar(foto resept)

Balıqlı yuvacıqlar(foto resept)

Tərkibi:

500 q -  istədiyiniz növ balıq filesi

400 q - baton çörəyi

200 q - soğan

500 ml - süd

150 q - holland pendiri

mayonez

şüyüd

duz - istiot

listi yağlamaq üçün "Möcüzə" duru yağı

Hazırlanması:

Soğan incə-incə doğranılır.

Balıq kub şəklində doğranılır.

 

Şüyüd xırda-xırda doğranılır.

 

 

Pendir sürtgəcdən keçirilir.

 

 

Doğranmış ərzaqları qarışdırıb duz və istiotu əlavə edilir.

 

 

Baton çörəyi 2 sm qalınlığında doğranılır.

 

 

Süddə islatdığımız batonları yağlanmış listə düzürük.

 

Əlimizlə batonların orta hissəsinə basırıq.

 

 

 

Soğan, balıq və şüyüddən ibarət olan qarışım batonun orta hissəsinə qoyulur.

 

 

Üzəri mayonezlənir və 180 dərəcədə qızdırılmış sobada 40-45 dəq bişirlir.

 

 

Listi sobadan götürüb üzərinə holland pendiri səpilir və yenidən 5-7 dəq ərzinə sobaya qoyulur.

 

 

Yuvacıqlarımız hazırdır.

 

 

Nuş olsun!

(tərcümə edilib)

8 yanvar 2015
GO BACK