Qadin.NET / Meksikasayağı peroşki (foto resept)

Meksikasayağı peroşki (foto resept)

Tərkibi:

200-300 q– toyuğun döş əti

1 baş soğan,

1 ədəd pomidor,

Koservləşdirilmiş qırmızı lobya- kiçik banka,

150 q- holland pendiri,

2-3 ədəd iri(dönər) lavaşı,

Duz, qırmızı istiot - çili

Hazırlanması:

Toyuğun döş ətini xırda-xırda doğrayıb, qızardırıq.

Meksikasayağı peroşki (foto resept)

Qızarana yaxın doğranmış soğanları əlavə edirik.

Meksikasayağı peroşki (foto resept)

Soğanları bir az "öldürdükdən" sonra xırda doğranmış pomidorları əlavə edirik.

Meksikasayağı peroşki (foto resept)

Suyunu süzdüyümüz lobyaları  da həmçinin tavaya tökürük.

Meksikasayağı peroşki (foto resept)

Suyu çəkilənədək bişiririk.

Meksikasayağı peroşki (foto resept)

Hazır olduqda, duzunu, istiotunu əlavə edirik.

İndi isə lavaşlarımızı hazırlamağa başlayırıq.

Lavaşın bir tərəfinə hazırladığımız qarışımdan tökürük. Üzərinə sürtgəcdən keçirilmiş pendir əlavə edib, lavaşımızı bükürük.

Meksikasayağı peroşki (foto resept)

Yüngül kərə yağı çəkib, 8-10 dəqiqə ərzində sobada qızardırıq.

Meksikasayağı peroşki (foto resept)

Nuş olsun!

28 dekabr 2014
GO BACK