
5 yumurta
150 qr quru gavalı
100 qr qoz
100 qr pendir
"Bizim Süfrə" klassik mayonezi
Azərduz yodlu narın xörək duzu

Hinduşka və ya toyuq əti qaynadılır,soyudulur və xırda-xırda doğranır

Yumurtalar qaynadılır,Sarıları ayrıca rəndədən keçirilir

Yumurtanın ağları da ayrıca rəndədən keçirilir

Qoz maşından keçirilir

Quru gavalı xırda-xırda doğranır,əgər sərtdirsə,əvvəlcə isladılır sonra doğranır

Pendir kiçik rəndədən keçirilir

Diametri 23 sm olan qab seçilir,birinci qata Hinduşka və ya toyuq qoyulur,duzlanır,mayonezlənir

İkinci qata yumurta sarısı elave edilir ve ince qatla mayonez sürtülür

Üçüncü qata quru gavalı qoyulur və incə qatla mayonez sürtülür

Dördüncü qata pendir səpilir və incə qat mayonez sürtülür

Beşinci qata qoz səpilir və incə qat mayonez sürtülür

Sonuncu altıncı qata yumurta ağları səpilir

Sonra salatı zövqə görə bəzəyə bilərsiniz.Məsələn,nümunə olaraq kökdən incə dilimlərlə saat əqrəbləri düzəldə bilərsiniz

Salat hazırdır

Nuş olsun!