Qadin.NET / Yunan mətbəxindən tərəvəzli salat (foto resept)

Yunan mətbəxindən tərəvəzli salat (foto resept)

Tərkibi:

3 ədəd pomidor

  1 baş qırmızı soğan

2 ədəd təzə xiyar

2 ədəd şirin bibər (qırmızı və sarı)

50 q bərk pendir

4 x.q zeytun yağı

25 ədəd qara zeytun (tumsuz)

 1 ədəd limonun (şirəsi)             

Cəfəri, duz 

Yunan mətbəxindən tərəvəzli salat (foto resept)

Hazırlanması:

Əvvəlcə tərəvəzlər yuyulur, sonra pomidor və xiyar şəkildəki kimi doğranılır. 

Yunan mətbəxindən tərəvəzli salat (foto resept)

Pomidorun içinin tumlarını da kəsib atın. 

Yunan mətbəxindən tərəvəzli salat (foto resept)

Soğan yarmhalqa şəklində doğranılır.  Zeytun bütöv şəkildə əlavə edilir, pendir dördkünc şəkildə doğranılır. Bibərin də içi təmizlənib iri  doğranılır. 

Yunan mətbəxindən tərəvəzli salat (foto resept)

Hamısını bir qaba yığın. 

Yunan mətbəxindən tərəvəzli salat (foto resept)
Üstünə doğranmış pendir və cəfərini əlavə edin.  
Yunan mətbəxindən tərəvəzli salat (foto resept)

4-5 xörək qaşığı zeytun yağına bir limonun şirəsi əlavə edilir. Qarışdırılıb salata əlavə edilir və salat qarışdırılır.

Yunan mətbəxindən tərəvəzli salat (foto resept)
Salatımız hazırdır! 
Yunan mətbəxindən tərəvəzli salat (foto resept)

Nuş olsun!

(Tərcümə edilib)

3 noyabr 2014
GO BACK