Tərkibi:
450 q az yağlı xama
4 ç.q jelatin
400 q dənəvərsiz kəsmik
Zövqə görə şəkər kirşanı
2 ədəd qida boyası (istənilən rəng olar)
Hazırlanması:

Jelatini 3/4 stəkan qaynayan suda açın. Xamanı kəsmik ilə qarışdırın və üzərinə şəkər kirşanı əlavə edib yenidən qarışdırın. Bu qarışımın üzərinə suda yumşaldılmış jelatini əlavə edib qarışdırın. Alınmış məhlulu 3 bərabər hissəyə bölün. Bir hissəni olduğu kimi saxlayın, digər 2 hissəyə isə rəngləri ayrılıqda əlavə edib qarışdırın.

Deserti hazırlayacağınız qabın ortasına 4 yemək qaşığı ağ məhluldan əlavə edin.

Ondan sonra isə digər rəngli məhluldan 4 qaşıq ağ məhlulun üzərinə (ortasına) əlavə edin. Burada rənglərdən biri çəhrayı seçilib.

Çəhrayı rəngli məhlulun üzərinə isə (ortasına) digər rəngli məhluldan 4 xörək qaşığı əlavə edin.

Bu prosesi qarışımlar bitənəcən növbə ilə davam edin.

Sonra isə deserti soyuducuya qoyun. O, soyuducuda ən az 4 saat qalmalıdır.

Beləliklə, rəngli kəsmikli desertimiz hazırdır.

Nuş olsun!
(Tərcümə edilib)