Qadin.NET / "Gül" salatı (foto resept)

"Gül" salatı (foto resept)

Tərkibi:

3 ədəd şirin bibər (müxtəlif rənglərdə)

250 q toyuq filesi

 3 ədəd yumurta

1 ədəd təzə xiyar

50 q mayonez

1 ədəd baş soğan

Duz, istiot

Göyərti

   "Möcüzə" duru yağı

Hazırlanması:

Əvvəlcə  soğan xırda doğranılır. Soğanın üzərinə qaynar su tökülür və 10 dəqiqə saxlanılır. 

"Gül" salatı (foto resept)

Sonra suyunu süzün və soyuq su ilə yaxalayın ki, soyusun. İndi isə yumurtadan qayğanaq edin. Yumurtaları bir-bir, ayrı-ayrı qırın  ki, yuxa kimi alənsın, duru yağda bişirin.

"Gül" salatı (foto resept)

Hər iki üzünü də qızardın (qızılı rəngdə edin, çox qaraltmayın ki, yanıq dadı gəlməsin). Sonra da kağız salfetin üzərinə sərin, ki yağlı olmasın. Bişmiş toyuq filesi xırda doğranılır.

"Gül" salatı (foto resept)

Bişmiş yumurtanı da uzunsov formada doğrayın. 

"Gül" salatı (foto resept)

Xiyarı da uzunsov formada doğrayın. 

"Gül" salatı (foto resept)

Hamısını böyük bir qaba töküb qarışdırın. Duz, istiot və mayonez vurub bir daha qarışdırın. 

"Gül" salatı (foto resept)

Şirin bibərlər iti bıçaqla nazik kəsilir. Amma ortasının tumlarını hələ təmizləməyin. Orta hissəsinə qədər kəsin, sonra da soyuq suya qoyub soyuducuya yerləşdirin (1-2 saatliq, şəkildəki kimi).

"Gül" salatı (foto resept)

Hazır bibərdən etdiyimiz gülləri salatdan əvvəl hazırlayıb soyuq suda saxlamaq daha yaxşi olar, sonra da salatı edin. Hazır gülləri dəsmal üzərinə düzün ki, suyu süzülsün. 

"Gül" salatı (foto resept)

Sonra da hazır salatı qaşıqla güllərin içinə yerləşdirin. Göyərti ilə də bəzək verin və gül salatımız hazırdır.

Bu gül bibərin içinə bir çox salatlari yerləşdirmək olar.

"Gül" salatı (foto resept)

Nuş olsun!
(Tərcümə edilib)
21 oktyabr 2014
GO BACK