Qadin.NET / Qat-qat salat (foto resept)

Qat-qat salat (foto resept)

Tərkibi:

2 ədəd toyuq filesi

4-6 ədəd yumurta

200 q bərk pendir

3 x.q "Möcüzə" duru yağı

50 q tumsuz üzüm

1/2 st. doğranmış badam və ya qoz ləpəsi

Mayonez

1 ç.q. Karri tozu

  Duz, istiot

Qat-qat salat (foto resept)

Hazırlanması:

Əvvəlcə yumurta və toyuq filesini  bişiririk. Bişmiş toyuq filesi xırda doğranılır, ya da didilir. 

Qat-qat salat (foto resept)
Üzərinə duz, istiot və karri səpilir və tavada duru yağda 5 dəqiqə qızardılır.
Qat-qat salat (foto resept)

Başqa tavada doğranmış badamı qovururuq. 

Qat-qat salat (foto resept)

Sonra bişmiş yumurtanı rəndələyib tökürük bir qaba. 

Qat-qat salat (foto resept)

Sonra pendiri rəndələyib ayrı qaba tökürük və salatı qat-qat yığırıq. 1-ci qat: Qızarmış toyuq filesinin yarısı üstünə badam səpilir, sonra duz, istiot səpilir və mayonez çəkilir. 2-ci qat: rəndələnmiş yumurtanın yarısı, yenə qoz, duz, istiot və mayonez. 3-cü qat: Onun da üstündən pendirin yarısını rəndələyib tökürük, qoz və mayonez çəkirik.  Beləcə sona qədər təkrarlayırıq. Sonda mayonezi salatın üzərinə çəkmirik. Bölünmüş üzümləri salatın üzərinə düzün (şəkildəki kimi). Salat 2 saat soyuducuda qalmalıdır.  

Qat-qat salat (foto resept)
Nuş olsun! 

(Tərcümə edilib)

20 oktyabr 2014
GO BACK