Qadin.NET / Ətli lobyalı salat (foto resept)

Ətli lobyalı salat (foto resept)

Tərkibi:

300  q.  bişmiş mal  əti 

100 q.  doğranmış  qoz  ləpəsi

300  ml. bişmiş lobya

3 x.q.  "Möcüzə"  yağı  duru 

3  x.q . "Zeytun Bağları" zeytun yağı

1 ədəd qırmızı şirin bibər

1 ədəd acı bibər

2 diş  sarımsaq

 1 ç. q.  xmeli suneli

1 dəstə keşniş

yarım baş qırmızı soğan 

3 x. q. üzüm sirkəsi

1 ç. q. şəkər tozu

duz, istiot

Hazırlanması:

Əvvəlcə əti bişiririk, sonra doğrayıb bir qaba yığırıq.

Ətli lobyalı salat  (foto resept)

Sonra soğanı doğrayıb, başqa bir ayrı qaba yığın və üstünə də şəkər tozu səpin, onun da üstünə 1 ç.q. sirkə əlavə edin. Və əlinizlə qarışdırın bir - birinə qarışsın.

  Ətli lobyalı salat  (foto resept)

Sonra şirin bibəri uzunsov, acı bibəri isə halqavari doğrayıb ətin üzərinə əlavə edirik.

Ətli lobyalı salat  (foto resept)

Sonra soğanı və xırda doğranmış sarımsağı da əlavə edirik.

Ətli lobyalı salat  (foto resept)

Başqa bir qabda hamısını, doğradıqlarımızı, qarışdırırıq.

Duz, istiot, göy soğan və keşnişi də doğrayıb əlavə edin, və iki cür yağları  sirkə ilə qarışdırıb,

əlavə edin, bir daha qarışdırın. Və üzərinə də doğranmış qozu əlavə edin. 

Ətli lobyalı salat  (foto resept)

Salatımız hazırdır.

Ətli lobyalı salat  (foto resept)

Nuş olsun!

  (Tərcümə edilib)

14 oktyabr 2014
GO BACK