Tərkibi:
300 q kartof
150 q kök
150 q soğan saplağı
250 q toyuq filesi, ya da mal əti
3 ədəd şirin bibər (müxtəlif rənglərdə)
5 ədəd yumurta
Sonra kartofu sürtkəcin xırda gözündən keçiririk.
Yumurtanin aği və sarısı sürtkəcin xırda gözündən ayrı - ayrı keçirilir.
İndi isə bişmiş ət xırda doğranılır.
Soğan xırda doğranılır.
İndi isə bişmiş köku təmizləyib sürtkəcin orta gözündən keçiririk.
Soğan yağda qovrulur.
Soğanın üzərinə kök əlavə olunur.
Biraz qovrulur, kök yumşaq olanda, altını söndürün ki, soyusun.
İndi salatı düzəltməyə başlayırıq. 1-ci qat: Kartofu qoyuruq və üzərinə duz, istiot, mayonez çəkirik.
2-ci qat: ət və mayonez.
3-cü qat: Yumurtanin sarısı əlavə olunur, bir az duz səpilir və mayonez çəkirik.
4-cü qat: Sogan və kök, sonra da mayonez əlavə olunur.
5-ci qat: Rəndələnmiş yumurtanın ağı.
Sonra şirin bibərlərdən iti bıçaqla gül kəsilir.
Hazır etdiyimiz gülləri salatımizın üzərinə düzürük. Son da göyərti ilə də bəzək verin.
Salatımız hazırdır.
Nuş olsun!
(Tərcümə edilib)