Qadin.NET / "Göbələk meşəsi" salatı (foto resept)

"Göbələk meşəsi" salatı (foto resept)

Tərkibi:

1 banka yəni 300 q marinə olunmuş göbələk

400 q mal  əti

100 q bərk pendir

1 dəstə şüyüt

Mayonez

Hazırlanması:

 Əvvəlcə əti bişiririk.

 Sonra xırda doğrayırıq.

Göbələk də xırda doğranılır. Amma 6-7 ədəd göbələyi saxlamağı unutmayın.

Pendir də sürtkəcin xırda gözündən keçirilir.

Hamısını bir qaba töküb qarışdırın.

Mayonez əlavə edib bir daha qarışdırın.

Şüyüdü də xırda-xırda doğrayırıq. 

Və salat qabımızda servis edirik. Üzərinə də doğranmış şüyüt səpirik.

Üzərinə də saxladığınız göbələkləri düzün və bir balaca pomidoru kəsərək salatınıza bəzək verin.

Salatımız hazırdır.

"Göbələk meşəsi" salatı (foto resept)

Nuş olsun!

(Tərcümə edilib)

26 sentyabr 2014
GO BACK