Qadin.NET / İçlikli kartoflar (foto resept)

İçlikli kartoflar (foto resept)

Tərkibi: 

İçlikli kartoflar (foto resept)

10 ədəd  bildirçin yumurtası

5 ədəd kartof

50 q pendir 

"Möcüzə" qarğıdalı yağı

Şüyüd

Duz, istiot

Hazırlanması:

Əvvəlcədən kartofları duzlu suda bişiririk. 

İçlikli kartoflar (foto resept)

  Bişdikdən sonra kartofu soyudub iki hissəyə bölün. Sonra çay qaşığı ilə kartofun içini ovun və iki başını da kəsib yağlı soba listinə düzün.

İçlikli kartoflar (foto resept)

Həmin kartofların içinə 1 ədəd bildirçin yumurtasını ağlı, sarılı yerləşdirin. Duz, istiot səpin.

İçlikli kartoflar (foto resept)

Daha sonra sürtgəcin xırda gözündə rəndələnmiş pendiri üzərindən səpin.

İçlikli kartoflar (foto resept)

Sonra isə əvvəlcədən qızdırılmış 180 dərəcəli sobada 30 dəqiqə bişirin.

İçlikli kartoflar (foto resept)

Sobadan çıxarıb üzərinə xırda doğranmış şüyüd səpin.

İçlikli kartoflar (foto resept)

 İçlikli kartofumuz hazırdır.

Nuş olsun!

 (Tərcümə olunub)

23 sentyabr 2014
GO BACK