Qadin.NET / Qat-qat salat (foto resept)

Qat-qat salat (foto resept)

Tərkibi:

350 q kartof

150 q kök

200 q çuğundur

150 q soğan

200 q duzlu xiyar 

200 q alma

3 ədəd yumurta

Mayonez
Duz

Hazırlanması:

 Əvvəlcə yerkökü və kartofu  bişiririk.

Çuğunduru da ayrı qabda bişiririk.

Soğan xırda doğranılır.

Soğanın üzərinə qaynar su tökülür və 10 dəqiqə saxlanılır. Sonra suyunu süzün və soyuq su ilə yaxalayin ki, soyusun.

İndi isə bişmiş çuğunduru təmizləyib sürtkəcin xırda gözündən keçiririk.

 Kök də sürtkəcin xırda gözündən keçirilir.

Kartof da sürtkəcin xırda gözündən keçirilir.

Duzlu xiyar xırda doğranılır.

Yumurta sürtkəcin xırda gözündən keçirilir.

Alma da soyulub sürtkəcin xırda gözündən keçirilir.

İndi salatı düzəltməyə başlayırıq. 1-ci qat: Kartofu qoyuruq və üzərinə mayonez çəkirik.

2-ci qat: Kök və mayonez.

3-cü qat: Soğan  əlavə olunur.

4-cü qat:  Duzlu xiyar və mayonez əlavə olunur.

5-ci qat: Rəndələnmiş yumurta və mayonez. 

6-cı qat: Yumurtanın üzərindən almanı rəndələyib tökürük və mayonez çəkirik.

7-ci qat: Almanın da üzərindən çuğunduru əlavə edirik. Sonra mayonezlə üzərinə naxış qoyuruq.

Salatımız hazırdır.

Qat-qat salat (foto resept)

Nuş olsun!

(Tərcümə edilib)

19 sentyabr 2014
GO BACK