Qadin.NET / Sadə salat (foto resept)

Sadə salat (foto resept)

Tərkibi:

Sadə salat (foto resept)

4 ədəd kartof

50 q toyuğun döş əti 

30 q xiyar turşusu

2 ədəd pomidor

2 ədəd yumurtanın ağı

Mayonez

2 ədəd təzə xiyar

Zövqə görə duz, istiot

Cəfəri və şüyüd

Kahı yarpaqları

Hazırlanması:

Əvvəlcə toyuğun döş ətini bişməyə qoyuruq. Kartof və yumurtanı da bişiririk.  Bişmiş tərəvəzləri təmizləyirik. 

Sadə salat (foto resept)

Əvvəlcə kartofu kub şəkildə doğrayırıq.

Sadə salat (foto resept)

Sonra xiyarı da bu formada doğrayırıq və kartofun üstünə əlavə edirik.

Sadə salat (foto resept)

Duzlu xiyarı da xırda-xırda doğrayırıq.

Sadə salat (foto resept)

Yumurtanın ağını kub şəkildə doğrayırıq və tərəvəzlərin üstünə əlavə edirik.

Sadə salat (foto resept)

Toyuğun ətini xırda doğrayıb salata əlavə edirik.

Sadə salat (foto resept)

Pomidoru da doğrayırıq və ətin üstünə əlavə edirik.

Sadə salat (foto resept)

Sonda isə göyərti əlavə edirik.

Sadə salat (foto resept)

Mayonez, duz, istiot vurub qarışdırırıq.

Sadə salat (foto resept)

Kahının yarpaqlarını yuyub quruduruq. Salat  qabımızın üzərinə düzürük. 

Sonra hazır salatımızı kahı yarpaqlarının üzərinə qoyuruq.

 Sadə salat (foto resept)

Üzərinə də  kub şəkildə doğranmış pomidor səpirik və ortasına da 2-3 yarpaq cəfəri qoyuruq.

Salatımız hazırdır.

Sadə salat (foto resept)

Nuş olsun!

  (Tərcümə edilib)

16 sentyabr 2014
GO BACK