Tərkibi:
1 qab tumsuz üzüm
1 ədəd toyuq filesi
1 dəstə göy soğan 3 ədəd yumurta
200 q xırda doğranmış kələm
80-100 q bərk pendir
1 dəstə göy soğan
1 ədəd limon
Mayonez
Şəkər tozu
Duz, istiot
Hazırlanması:
Əvvəlcə yumurta və toyuq filesini bişiririk.
1-ci qat: Bişmiş toyuq filesi xırda doğranılır, üstünə duz, istiot səpilir və mayonez çəkilir.
2-ci qat: Kələmi bir qaba tökün və üstünə duz və bir az şəkər tozu səpin və yarım limonu da üzərinə sıxın, qarışdırın. 5 dəqiqə durmalıdır ki, kələm bir az boşalsın. Sonra suyunu sıxıb ətin üzərinə qoyuruq və yenidən mayonez çəkirik
3-cü qat: Onun da üstündən pendiri rəndələyib tökürük və mayonez çəkirik.
Yumurta rəndələnir, soğan xırda-xırda doğranılır.
4-cü qat: Doğranmış soğan və rəndələnmiş yumurtanı qarışdırın və salatın üzərinə səpin. Sonra duz, istiot səpin və mayonez çəkin.
Mayonezi salatın üzərinə yaxşıca yayın.
Bölünmüş üzümləri mayonezin üzərinə düzün (şəkildəki kimi).
Salat 2 saat soyuducuda qalmalıdır və "Tiffani" salatımız hazırdır.
Nuş olsun!
(Tərcümə edilib)