Qadin.NET / Krevetkalı, avokadolu salat (foto resept)

Krevetkalı, avokadolu salat (foto resept)

Tərkibi:

1 banka hisə verilmiş bibər sousu 

500 q dondurulmuş çiy krevetka

1/2 st "Jasmin" düyüsü

1/2 fincan "Çerri" pomidoru

1 dəstə keşniş

1 ədəd limon

1 ədəd avokado

1 ç.q "Zeytun bağları" zeytun yağı

1/2 st dondurulmuş qarğıdalı

 1/2 banka konserviləşdirilmiş qara lobya

1 ç.q kəklikotu 

1 ç.q "Çili" toz bibəri

1 dəstə kahı yarpağı

Duz, istiot

  Hazırlanması:

Əvvəlcə dondurulmuş krevetkaları bir qaba yığın, yuyun ki, donu açılsın. Hisə verilmiş bibəri blenderdə yaxşıca əzin. Təmiz sellofan torbanın içinə krevetkanı və blenderdən keçirilmiş bibəri əlavə edin, yaxşıca qarışdırın və soyuducuya qoyun. Soyuducuda 20 dəqiqə qalmalıdır. Təmiz yuyulmuş keşnişi xırda-xırda doğrayın, bir qaba tökün və üstünə yarım limon sıxın.

 

 

Krevetkalı, avokadolu salat (foto resept)

 

 

Sonra düyünün üstünə soyuq su töküb qoyun bişsin, üzərində yazılan kimi bişirin. Qazana zeytun yağı əlavə edilir, bir az qızdırılır və qızdırılmış yağın üzərinə qarğıdalı lobya, kəklikotu, çili bibəri,

qara istiot və duz əlavə edilir. Hamısını bir yerdə yaxşıca qızardın. Kahı yarpaqlarını əlinizlə xırdalayın.

Krevetkalı, avokadolu salat (foto resept)

Tavaya yağ əlavə olunur, krevetka düzülür və blenderdən keçirilmiş bibərlə birlikdə 3 dəqiqə qızardılır.

Krevetkalı, avokadolu salat (foto resept)

Avokado soyulur kub formasında doğranılır. Pomidor isə yuyulub, ortadan iki yerə bölünür. Kahı yarpaqlarını yuyub qurudandan sonra dərin bir boşqaba düzü. Üzərinə bişmiş soyumuş düyü, qarğıdalı, lobya və krevetka əlavə edin. Sonda üzərinə doğranmış pomidor və avokado qoyun. İndi isə, qalan yarım limonu salatın üzərinə sıxın. 

Və salatımız hazırdır.

Krevetkalı, avokadolu salat (foto resept)

  Nuş olsun!

                                                                                                          (Tərcümə edilib ) 
9 sentyabr 2014
GO BACK